“Oğlumla gəlinimi bal ayı üçün Maldiv adalarına göndərdim” – Manaf Ağayev

0
119

Dünən “Sayqa ilə bu axşam” verilişinin qonaqlarından biri Manaf Ağayev olub.

Aparıcının, ötən ilin sonlarında oğluna toy edən müğənniyə sözügedən mövzuda ünvanladığı suallara Manaf Ağayev “Mən iki toy etdim” cavabını verib. Müğənni fikrini “Biri sırf cavanlar üçün, yəni kişi toyu oldu. Mənim qonağım çoxdur. Mənim 3 min qonağım var, onu hara yerləşdirə bilərəm?! Mən o biri toyda da iki dəfə toy çaldrıdım” sözləri ilə tamamlayıb.

Mövzu ətrafında aparıcı ilə müğənni arasındakı dialoqun davamını təqdim edirik:

Sonra bəylə gəlini göndərdinizmi bal ayına? Yəni, bunun üçün pul qaldımı?

– Bəli, göndərdim. Pul oldu, qaldı-qalmadı, onların bal ayının pulu ayrıdır.

Hara getdilər?

– Vallah adı yadımdan çıxıb. Hə … Maldiv adalarına

Şərh

Şərh