Ölkə yanğın yerinə döndü – 20-dən çox şəhər ayağa qalxdı – FOTOLAR

0
73
Sosial və iqtisadi vəziyyətə etiraz olaraq aksiyaların keçirildiyi Tunisdə vəziyyət hər keçən gün pisləşir.

ölkənin 20-dən çox şəhərində keçirilən aksiyalar paytaxt Tunisə də keçib.

Polis Tunis və Tabarba kimi şəhərlərdə küçələrə çıxan insanlara qarşı bibər qazı və təzyiqli sudan istifadə edib. Bəzi şəhərlərdə qarətlərin başladığı bildirilir.

Hakimiyyət 50 polisin yaralandığı aksiyalarda 237 nəfərin saxlanıldığını açıqlayıb.

Etiraz aksiyaları ilə əlaqədar hakimiyyət və müxalifət cəbhəsindən qarşılıqlı ittihamlar səslənir. Baş nazir Yusuf Şahidə görə, insanları etiraz və qarətlərə müxalif “Xalqçı Cəbhə” Partiyası tərəfindən təhrik edilir.

Parlamentdə 15 millət vəkili ilə təmsil olunan müxalifət partiyası isə zorakılığın hökumətə xidmət etdiyini açıqlayıb.

Qeyd edək kii, 2011-ci ilin yanvar ayında səyyar satıcı bir gəncin polis qüvvələrinin təzyiqinə görə özünü yandırması ilə başlayan “Ərəb Baharı” bütün Yaxın Şərq və Şimali Afrikanın bir çox ölkələrini əhatə edib. Hazırda Tunisdə nisbi sabitlik olsa da, iqtisadiyyat son bir neçə ildə geriləyib və 2015-ci ildə baş verən iki böyük terror hücumu ölkənin ən əhəmiyyətli gəlir mənbələrindən olan turizmə ağır zərbə vurub. Ölkədə işsizliyin səviyyəsi çox yüksəkdir.

 

Şərh

Şərh