Qafqazdan Osmanlıya göndərilən qullarla bağlı TARİXİ SƏNƏD TAPILDI

0
53

Rusiyalı elm adamları Krasnodar bölgəsinin dövlət arxivində Rusiyanın “Krım” adlı müharibə gəmisi tərəfindən 1810-cu ildə Gələncik sahillərində saxlanılan Türkiyəgəmisi ilə bağlı sənədlər tapıb.

Rusiya Beynəlxalq Əsaslı və Tətbiqi Araşdırma Mərkəzinin nümayəndəsi Aleksandr Çərkəzov tapıntı ilə əlaqədar açıqlama verib:

“Sanki qul tacirlərinin gəmisinin içinə nəzər saldıq. İlk dəfədir ki, belə sənədlər tapırıq. Bunlar Rusiya Donanmasının dövlət arxivində də yoxdur. Daha əvvəl bu bölgələrdən Türkiyəyə qulların göndərilməsi ilə bağlı ehtimallar var idi, ancaq tam olaraq hansı insanların aparıldığını anlamaq üçün detallı bir nümunə yox idi”.

Mütəxəssis sənədlərə əsasən bildirib ki, gəmidə 83 nəfər olub. Onlardan 9-u türk, biri romalı olmaqla, 10 nəfəri gəmi ekipajı, 7 nəfər isə tacir olub. Digər 66 nəfər isə qul olub. Onların yarısından çoxunun 16 yaşdan kiçik olduğu bildirilib.

Çərkəzov bu qulların qiymətini də hesabladıqlarını və onların hamısının birlikdə 2500 xalçanın dəyərinə bərabər olduğunu öyrəndiklərini deyib.

Mütəxəssis qilların Qara dəniz limanından Qafqaz Müharibəsinin bitdiyi 1864-cü ilə qədər Osmanlıya göndərilməyə davam etdiyini qeyd edib.

Beləliklə, 16-18-ci əsrlər arasında 1 milyondan çox qafqaz sakini Osmanlı İmperatorluğuna qul kimi göndərilib.

Şərh

Şərh