Ajda Pekkan Bakı konsertində Aygün Kazımovanın mahnısını oxudu – VİDEO

0
50

Xəbər verdiyimiz kimi, türk pop musiqisinin kraliçası Ajda Pekkan “Nargis” jurnalının 5 illiyi münasibətilə hazırda Heydər Əliyev adına Sarayda konsert proqramı ilə çıxış edir.

sənətçi qonaqları azərbaycanlı dilində “Xoş gəlmisiniz” sözləriylə salamlayıb:

“Əziz azərbaycanlı dostlarım, bu gözəl anları mənimlə bölüşdüyünüz üçün çox xoşbəxtəm. Konsertimə gəldiyiniz üçün təşəkkür edirəm. Sizinlə tanış olduqca sizi daha yaxından tanımaq istəyirəm, dilinizi və könlünüzü çox sevirəm. Onsuz da bizdən uzaq deyilsiniz”.

Ajda Pekkan konsertdə öz hitləri ilə yanaşı, Xalq artisti Aygün Kazımovanın “Yenə tək” mahnısını ifa edib. Canlı əfsanənin bu jesti tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.

 

Şərh

Şərh