“Real”dan ŞOK MƏĞLUBİYYƏT – VİDEO

0
26

“Real” İspaniya La Liqasının XIX tur matçında evdə “Vilyarreal”a uduzub.

Santyaqo Bernabeu” stadionunda keçirilmiş görüş qonaqların qələbəsi ilə yekunlaşıb – 0:1.

Yeganə qolu 87-ci dəqiqədə Pablo Fornalyes vurub. Bu qələbə sayəsində xallarını 31-ə çatdıran “Vilyarreal” 5-ci pilləyə yüksəlib. Ardıcıl 3-cü qarşılaşmada qol vura bilməyən “Kral klubu” isə 32 xalla 4-cüdür. Amma Zinəddin Zidanın baş məşqçisi olduğu komandanın ehtiyatda bir oyunu var.

Şərh

Şərh