Tbilisi aeroportunun fəaliyyəti bərpa olunub

0
22

Şota Rustaveli adına Tbilisi beynəlxalq hava limanının fəaliyyəti bərpa olunub.

aeroportda uçuşlar plan üzrə qəbul olunub, yola salınır.

“Buta Airways” şirkətinin Bakı-Tbilisi reysini yerinə yetirən təyyarəsi cədvəl üzrə saat 23:10-da Tbilisi hava limanına enib.

Qeyd edək ki, qatı duman səbəbindən axşam saatlarında Tbilisi aeroportunda reyslərin yerinə yetirilməsi ilə bağlı ləngimələr yaranmış, bir neçə aviareys isə ləğv olunmuşdur.

Şərh

Şərh