Kardioloq: “İsa Qəmbər infarkt keçirib”

0
15

“Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər evində olarkən infarkt keçirib. Bundan sonra təcili yardımla kardioloqa və səhhəti ciddi olduğundan Mərkəzi Klinikaya gətirildi”.
kardioloq Firdovsi İbrahimov deyib.
Onun sözlərinə görə, İsa Qəmbər xəstəxanaya gətiriləndə çox ağır və şok vəziyyətində olub: “Təzyiqi 70 idi. Ümumi vəziyyəti çox ağır idi. Ürəyinə stend qoyulduqdan sonra vəziyyəti toparlaya bildik. İndi hər şey qaydasındadır. Huşu yerindədir, təzyiqi normaldır. İnfarkt keçirdiyi üçün bir neçə gün xəstəxanada qalmalıdır”.

Şərh

Şərh