Putin: “Kommunizm yeni bir din, Lenin isə onun peyğəmbəridir”

0
14

Rusiya prezidenti Vladimir Putin kommunist ideologiyası ilə bağlı fikirlərini bölüşüb.

Putin kommunist ideologiyasının əslində xristianlığa çox bənzədiyini və bu ideologiyanın əsas konsepsiyasının “İncil” kitabından götürüldüyünü deyib.

O, kommunist ideologiyasının yaradıcılarından biri olan Vladimir İliç Lenini peyğəmbər adlandırıb və onun “Qırmızı Meydan”da sərgilənən nəşinin xristian müqəddəsləri qədər dəyərli olduğunu vurğulayıb.

Rusiya prezidenti “Valaam” layihəsi üçün verdiyi müsahibədə kommunizmlə bağlı bunları deyib: “Bəkə indi bəzilərinin xoşuna gəlməyən bir şey söyləyəcəm, amma yenə də düşündüym formada dilə gətirəcəm. İnanc hər zaman bizə yoldaşlıq etdi. Ölkəmiz və xalqımızın ən çətin anlarında ümidimizi gücləndirdi. Din adamlarının öldürüldüyü, məbədlərin söküldüyü, tanrı ilə mübarizə aparılan günlərimiz oldu. Eyni zamanda yeni din ərsəyə gətirilirdi. Kommunist ideologiyası, əslində, xristianlığa çox bənzəyir. Müqəddəs kitabda olan azadlıq, bərabərlik, qardaşlıq, ədalət konsepsiyaları bu idologiyada da var. Əslində, kommunizmi quranlar yeni bir şey kəşf etmədi, ancaq “İncil”ə istinad etdi”.

Şərh

Şərh