Şəkidə 56 yaşlı qadın özünü qəbiristanlıqda niyə asıb?

0
91

Şəkidə dəhşətli olay baş verib.

Kanal15 Sputnik Azərbaycan-a istinadən bildirir ki, rayon sakini Gülşad Ələkbər qızı İsgəndərova intihara cəhd edib.

O, qəbiristanlığa gedərək, özünü valideyninin qəbrinin yanındakı dirəkdən asıb. Qadını son anda Şəki rayon Polis Şöbəsinin əməkdaşları xilas edib.

Gülşad İsgəndərova travmatik şok vəziyyətində Şəki Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Rayon sakinlərinin verdiyi məlumata görə, qadının banka xeyli borcu olub.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

Şərh

Şərh