Azərbaycanın tanınmış aktyoru dünyasını dəyişdi

0
58

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan Mərdəkan Mədəniyyət sarayın bədii rəhbəri, aktyor Kamran İsrafilov 39 yaşında vəfat edib. 
aktyor bu gün səhər saatlarında evində beyin qansızması nəticəsində dünyasını dəyişib.

Mərhum Şüvəlan qəsəbəsində, “Mirmövsüm ağa” ziyarətgahının yanında dəfn olunacaq.

Qeyd edək ki, 1979-cu il təvəllüdlü K.İsrafilov Heydər Əliyev Fondunun təşəbbüsü ilə baş tutan Novruz Bahar Festivalının keçirilməsində, Strasburqda YUNESCO-nun qərargahında Azərbaycan Dövlət Gənclər Simfonik Orkestrinin və Uşaq Xorunun iştirakı ilə “Azərbaycanın xoşməramlı mələkləri” adı altında keçirilən konsertin lentə alınmasında və bir sıra digər tədbirlərin işıqlandırılmasında yaxından iştirak edib.

Həmçinin, İTV-də uşaq və digər verilişlərdə aparıcı olub, Arzu Əliyevanın prodüserliyi ilə çəkilmış “Əbədi ezamiyyət” sənədli filmində Ə.Topçubaşovun obrazını canlandırıb.

Şərh

Şərh