İşlədiyi zavoddan mis külçələr oğurladı

0
13

Bakıda oğurluqla məşğul olan şəxslər tutulub fevralın 5-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsindəki zavoddan 120 kiloqram mis külçələr oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Rəşad Əzizov və Samir Mürsəlov saxlanılıblar.

 

Ətraflarında Suraxanı RPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların həmin zavodda mühafizəçi işləyən paytaxt sakini Şahin Şıxəliyevlə birgə müxtəlif vaxtlarda zavoddan 575 kiloqram mis məmulatlar oğurlamaları da müəyyən edilib.

 

Həyata keçirilən əməliyyat tədbirləri ilə Ş.Şıxəliyev də saxlanılıb.

Şərh

Şərh