Qarın piylərinizi ən asan belə əridə bilərsiniz

0
19

Metabolizmanın sürətli işləməsinə kömək edən qidalar.

Metabolizmanın sürətini artırmaqla ən təbii yolla çəki azalmasına sahib ola bilərsiniz.

Metabolizmanı hansı qidalar sürətləndirir?

 

Yulaf:

Yulaf yarması lif baxımından zəngin olduğu üçün karbohidrat qaynağı sayılır. İnsanı tox tutur. Daha çox səhər və günortadan sonra ara vaxtı yeyilir.

Qatıq:

Yağsız qatıq tərkibindəki protein, vitamin, aminoasit mineralları ilə zəngin olduğu üçün piyləri əritmə gücünə malikdir.

Acı bibər:

Acı bibər də bədəndəki piylərin yanmasına kömək edir və insanı tox tutur. Acı bibər metabolizmanı sürətlənmsini 3 saat ərzində 2 qat artırır.

Brokoli:

Diet edənlərin əvəz olunmaz qidası brokolidir. Tərkibi A,C vitamini, fol turşusu, kalsium və liflərlə zəngindir. Əvəzolunmaz qidanı həftədə 2-3 dəfə yeyilməsi məsləhətdir.

Ananas:

Ananas meyvəsinin kalori miqdarı olduqca azdır və çəki atmaqda rolu böyükdür. Ananas şirəsi yağların əriməsinə və şlakların təmizlənməsinə kömək edir.

Yumurta:

Yumurta yağ yanmasında və insanı tox tutmaqda kömək edir. Tərkibi A,B,D, E vitaminləri ilə zəngindir. Hər gün 1 ədəd yeyilməsi məsləhətdir.

Qoz:

Omeqa 3 baxımından olduqca zəngin olan qoz çəki atmaq üçün də köməkçidir. İnsana toxluq hissi verir və təbii yağ olduğu üçün orqanizmdə piyə çevirilmir.

Zəncəfil:

Zəncəfil xüsusilə əsəb sistemini normada saxlanılmasını təmin edir. Eyni zamanda yağların əriməsində və metabolizmanın yaxşı işləməsində effektli təsirləri ilə seçilir. Zəncəfil şorbalarda və dəmləmə kimi istifadə edilir

Şərh

Şərh