“Tottenhem” “məğlubedilməz”ə qarşı, Madriddə erkən final

0
39

Sabah Çempionlar Liqasında (ÇL) 1/8 final həyəcanı başlayacaq. Apasport.az saytının məlumatına görə, mərhələnin ilk oyunları çərçivəsində bu həftə 4 qarşılaşma baş tutacaq.

Fevralın 13-də diqqətlər İtaliya və İsveçrəyə yönələcək. Turnirin son finalçısı “Yuventus” “Tottenhem”i qəbul edəcək. Bu komandalar indiyədək cəmi 2 dəfə üz-üzə gəliblər. 2016-cı ildə baş tutan qarşılaşmada “Yuventus” 2:1 hesablı qələbə qazandığı halda, ötən il keçirilən görüş “Tottenhem”in qalibiyyəti (2:0) ilə nəticələnib.

“Yuventus” son 11 oyunda qələbə qazanıb. “Qoca sinyora” sonuncu dəfə ötən il, dekabrın 9-da “İnter”lə görüşdə xal itkisi ilə üzləşib – 0:0. Massimiliano Alleqrinin yetirmələri axırıncı məğlubiyyətinə isə 16 oyun əvvəl, noyabrın 19-da “Sampdoriya” ilə səfər görüşündə məruz qalıb – 2:3.

A seriyasının cari mövsümündə 24 turdan sonra 62 xal toplayan və ikinci pillədə qərarlaşan turinlilər lider “Napoli”dən cəmi 1 xal geri qalırlar. “Tottenhem” isə İngiltərə Premyer Liqasında 27 oyuna 52 xal toplayıb və turnir cədvəlində 4-cüdü.

“Yuventus”un heyətində Xuan Kuadrado və Paulo Dibala zədəli olduğu üçün oyunu buraxacaqlar. Bundan əlavə, Andrea Barzalyi, Benedikt Hövedes və Blez Matuidinin də eyni səbəbdən “Tottenhem”lə görüşdə iştirak etməmək ehtimalları var.

Günün digər matçında “Bazel” cari mövsümün ən yaxşı komandalarından olan, İngiltərə çempionatının lideri “Mançester Siti”ni qəbul edəcək. “Şəhərlilər”in heyətində Fabian Delf, Qabriel Jezuş, Benjamin Mendi və Leroy Sanenin zədə ilə əlaqədar oynamayacağı bildirilir. David Silvanın da İsveçrə səfərində meydana çıxmaması mümkündü.

Çərşənbə günü isə İspaniya və Portuqaliyada ÇL oyunları baş tutacaq. Şübhəsiz ki, diqqətlər daha çox “Santyaqo Bernabeu”ya yönələcək.

Turnirin son qalibi və Çempionlar Liqasının kubokunu ən çox (12 dəfə) qazanmış “Real” PSJ ilə münasibətlərinə aydınlıq gətirəcək. Cari mövsümü qeyri-stabil keçirən və La Liqada 4-cü pillədə qərarlaşan madridlilər bütün diqqəti ÇL-ə yönəldiblər. Fransa çempionatında liderlik edən parislilər də qitənin ən mötəbər klub turnirində yollarına davam etmək niyyətindədilər. “Real” – PSJ dueli erkən final hesab olunan matçlardandı.

“Real” ötən həftə İspaniya çempionatında “Real Sosyedad”ı 5:2 hesabı ilə üstələyib. PSJ isə Liqa-1-də “Tuluza”dan güclü olub – 1:0.

Bu komandalar indiyə qədər 5 dəfə üz-üzə gəliblər. Bu görüşlərdən üçündə “Real” qələbə qazandığı halda, birində PSJ üstün olub. Bir dəfə isə tərəflər qolsuz bərabərliyə razılaşıblar.

“Kral klubu”nun heyətində Dani Karvahal cəzalı olduğu üçün PSJ ilə görüşü buraxacaq. Fransızlarda isə Edinson Kavani, Tiaqo Motta, Hatem Ben Arfa və Layvin Kurzavanın zədəli olduğu və Madrid səfərində meydana çıxmayacaqları bildirilir.

Fevralın 14-də “Porto” və “Liverpul” matçı da keçiriləcək. İndiyə qədər 2 dəfə üz-üzə tərəflərin hər iki dueli Çempionlar Liqasında baş tutub. Belə ki, turnirin 2007/08 mövsümünün qrup mərhələsi çərçivəsində Portuqaliyadakı matçda 1:1 hesabı qeydə alındığı halda, İngiltərədə “Liverpul” rəqibini 4:1 hesabı ilə üstələyib.

Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

13 fevral

23:45. “Yuventus” (İtaliya) – “Tottenhem” (İngitərə)

Baş hakim: Feliks Brix (Almaniya)

23:45. “Bazel” (İsveçrə) – “Mançester Siti” (İngiltərə)

Baş hakim: Yonas Eriksson (İsveç)

14 fevral

23:45. “Real” (Madrid, İspaniya) – PSJ (Fransa)

23:45. “Porto” (Portuqaliya) – “Liverpul” (İngiltərə)

Şərh

Şərh