Azərbaycana gələn turistlərin sayında – 20 faiz artım olub

0
17

“Azərbaycanda keçirilən beynəlxalq tədbirlər turizmin inkişafına mühüm töhfə verir”.

bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Heydər Əliyev Mərkəzində Bakı Şəhər Halqası və Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə keçirilən “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları 2018” adlı konfransda çıxışı zamanı deyib.

Ə.Qarayev bildirib ki, dünya turizminin inkişafı ümumilikdə müxtəlif ölkələrin həyatına böyük faydalar verir: “Biz də turizmin bu inkişafından istifadə etməliyik”.

Nazir qeyd edib ki, Azərbaycan turizm sahəsində böyük irəliləyişə nail olub, ötən il Azərbaycana gələn turistlərin sayında 20 faiz artım qeydə alınıb və ölkəmizə gələn turistlərin sayı 2,6 milyona yaxındır.

Ə.Qarayev bildirib ki, Azərbaycanda turizmin inkişafında ölkədə keçirilən beynəlxalq tədbirlərin mühüm rolu var: “Bu yarışlar Azərbaycanın dünyada tanınması üçün olduqca əhəmiyyətli olub”.

 

Şərh

Şərh