Bu heyvan dünya üçün təhlükəlidir – Erkəyi olmadan törəyir…/VİDEO

0
111

Erkəyi olmadan çoxalan, dişilərdən ibarət olan və sadəcə 30 illik tarixə malik yeni xərçəng növü sürətlə çoxalıb dünya miqyasında ekosistemləri işğal etməyə başlayıb.

xallı xərçəng adı verilən növ DNT-sində bir mutasiya sayəsində təkbaşına çoxalan yeganə dişiyə əsaslanır. Xallı xərçəngin evlərdə saxlanmamasına qarşı xəbərdarlığa baxmayaraq, Kanadada satılır.

10 ayaqlı mutant növ Avropa İttifaqı tərəfindən qadağan olunub. Elmi adı “Procambarus virginalis” olan növ 30 il əvvələ qədər yox idi. Ancaq indi Yaponiya, Madaqaskar, İsveç və ABŞ-da vəhşi təbiətdə rast gəlinir.

Araşdırmaçılardan həkim Volfqanq Stein Kanada dövlət televiziyası “CBC”-yə verdiyi açıqlamada, bir xallı xərçəngin 3 ay sonra sayının 200-300-ə çatdığını bildirib.

 

Şərh

Şərh