“İphone” tualetə düşdü – Çıxarmaq istəyəndə qolu…

0
113

Çinin Guangxi Zhuang Muxtar Bölgəsindəki Liuzhou şəhərində baş verən hadisədə Tan adlı adam bir kafenin tualetinə “İphone” markalı telefonunu salıb.

telefonunu almaq üçün yerə uzanıb əlini içəri soxan adamın qolu unitazın dəliyinə ilişib.

Düşdüyü vəziyyətdən görə utanan adam yardım çağırmaq əvəzinə öz səyləri ilə xilas olmağa çalışıb. 30 dəqiqə boyunca çalışan adam sonunda qışqıraraq kömək istəmək məcburiyyətində qalıb.

1500 manat dəyərindəki “İphone 8” markalı telefonunu düşdüyü yerdən ala bilməyəcəyini anlayan adam qolunu da qaldığı yerdən xilas edə bilməyib. Yanğınsöndürənlərin yardımıyla heç bir sümüyü qırılmadan qolu düşdüyü yerdən çıxarılan adam hadisədən yüngül yaralarla xilas olub .

Tanın telefonu isə tapılmayıb.

Şərh

Şərh