Mikayıl Cabbarov sahibkarlarla görüş keçirir – FOTOLAR

0
13
Bakıda Vergilər Nazirliyinin təşkilatçılığı ilə “Vergilər.Şəffaflıq.İnkişaf” adlı konfrans keçirilir.

konfransda vergilər naziri Mikayıl Cabbarov, deputatlar və iş adamları iştirak edirlər.

Konfransda çıxış edən Vergilər Nazirinin müşaviri Elçin Məmmədov bildirib ki, vergi orqanlarının yaranmasından ötən dövr ərzində aparılmış genişmiqyaslı islahatlar, reallaşdırılmış kompleks tədbirlər və konkret hədəflərə yönəlmiş proqramlar nəticəsində ölkəmizdə müasir beynəlxalq standartlara cavab verən vergi xidmətinin formalaşdırılmasına nail olunub.

Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə Azərbaycanda dayanıqlı, çevik vergi sisteminin yaradıldığını qeyd edərək, bu sahədə həyata keçirilən islahatlardan danışıb. Komitə sədri vurğulayıb ki, vergi sisteminin müasirləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Daha sonra çıxış edən deputat Vahid Əhmədov isə Azərbaycanda differensial ƏDV-nin tətbiqini təklif edib: “Azərbaycanda bütün məhsullara standart ƏDV təyin edilib və bu, 18%-dir. Avropa ölkələrində isə bu rəqəm 15-25% arasında dəyişir. Digər məsələ Vergilər Nazirliyinin proqnoz tapşırığı ilə bağlıdır. Proqnozlar veriləndə razılaşdırılsın. Baza yoxdursa, vergilər haradan yığılır? Gərək Nazirliyin müvafiq bazası olsun ki, bu proqnozu yerinə yetirsin. Mən həm İqtisadiyyat, həm də Vergilər nazirliklərindən xahiş edirəm ki, bu məsələyə diqqət yetirsinlər”.

Hazırda tədbir davam edir.

Şərh

Şərh