Nuran Kerimov: “Fiskal vergi yükünə yenidən baxılmalıdır”

0
17

Düşünürəm ki, fiskal vergi yükünə yenidən baxılmalıdır. Xüsusən də, kiçik sahibkarların  bunu Vergilər Nazirliyinin təşkil etdiyi “Vergilər. Şəffadlıq. İnkişaf” adlı konfransda çıxış edən Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) prezidenti Nuran Kərimov deyib.
N.Kərimov qeyd edib ki, vergi ödəyicisi ödədiyi verginin təsirini hiss etməlidir. “AmCham” rəsmisi həmçinin “çirkli pullar”ın yuyulmasına qarşı mübarizədə digər qurumların da müəyyən addımlar atmalı olduğunu deyib: “Burada bankların rəhbərləri oturub. Mən onlara müraciət edirəm. Hansısa biznesmen gətirib banka 500 min, yaxud 1 mln. manat pul qoyur. Ondan soruşan yoxdur ki, bu pulun mənbəyi haradır?”
Bununla yanaşı, N.Kərimov bildirib ki, vergi inzibatçılığı daha da təkmilləşdirilməlidir: “Vergi ödəyicisinin hüquqları qorunmalıdır. O əmin olmalıdır ki, onun şikayəti qanunun tələbinə uyğun olaraq araşdırılacaq”.

Şərh

Şərh