Parlamentdə Oqtay Əsədovla Arif Rəhimzadə arasında MÜBAHİSƏ DÜŞDÜ

0
68

Parlamentdə Bələdiyyələrin statusu haqqında qanuna dəyişikliklərin müzakirəsi spikerlə Milli Məclisinin regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə arasında mübahisəyə səbəb olub.

A.Rəhimzadə ədliyyə nazirinin müavini Vilayət Zahirovun hesabatından sonra qaydalara görə komitə sədrinə çıxış üçün söz vermədiyinə üçün spiker Oqtay Əsədova etiraz edib.

“Mən danışmaq istəmirəm, vaxtında söz vermək lazım idi”, – deyə A.Rəhimzadə bildirib.

Spiker isə deyib ki, komitə sədri müzakirədə çıxış etmək istəyirsə, əvvəldən yazılmalı idi:

“İstədiyiniz vaxt çıxış üçün yazılıb fikrinizi deyə bilərsiniz”.

Şərh

Şərh